Geri

“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad Regional Mərkəzi ilə birgə 19 noyabr 2013-cü il tarixində Lənkəran rayon M.Bağırov adına Girdəni kənd orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilmişdir.

Keçirilən təbliğat xarakterli tədbirdə Cənub Regional Mərkəzinin, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşları, Lənkəran şəhər Təhsil şöbəsinin nümayəndələri, Lənkəran rayonunun Girdəni kəndi orta məktəbinin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak etmişlər.

“Uşaq hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda çıxış edən İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin əməkdaşı BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının müddəaları haqqında geniş məlumat verərək son dövrlərdə uşaq hüquqlarının müdafiəsi sahəsində respublikamızda qəbul olunan normativ sənədlər və bu sahədə görülən işlər, eləcə də xüsusilə təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini bildirmişdir.

“Uşaq hüquqlarının müdafiəsi hər bir cəmiyyətin ümdə vəzifəsidir” və “Uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti” mövzularında çıxış edən Mərkəzinin əməkdaşı bildirmişdir ki, uşaq hüquqları sahəsində maarifləndirmə işi təkcə məktəbin deyil, bütövlükdə cəmiyyətin prioritet məsələlərindən biridir, bu baxımdan uşaqlara uşaq hüquqlarının aşılanması ailədən, məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atılır, uşaqların müasir standartlara uyğun icbari təhsil almaları təmin olunur, əlil uşaqlara reabilitasiya xidmətləri göstərilir, istedadlı və yaradıcı uşaqların və gənclərin sosial və iqtisadi problemlərinin həllinə və onların qabiliyyətlərinin inkişafına, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsinə yönəlmiş dövlət proqramları uğurla həyata keçirilir.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “112” zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” mövzularında məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəbin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu