Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti Qaradağ rayonunda tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “İctimaiyyətin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq 19 noyabr 2013-cü il tarixində Qaradağ rayonu 127 saylı orta məktəbdə tədbir keçirmişdir.

Fövqəladə hallar zamanı və partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda məktəbin pedaqoji kollektivinə müvafiq tövsiyələr verilmişdir.

Yığıncaqda orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Tədbirdə fövqəladə hallar zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Xidməti ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri, həmçinin, partlayıcı maddələrin aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi və kütləvi qırğın silahları haqqında məlumatlar verilmişdir.

İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən yığıncaqda Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar müəllim və şagirdlərin böyük marağına səbəb olmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu