Geri

Qarabağ Regional Mərkəzi növbəti maarifləndirmə tədbirini 19 noyabr 2013-cü ildə Horadiz şəhər 1 saylı orta məktəbində reallaşdırmışdır

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi növbəti maarifləndirmə tədbirini 19 noyabr 2013-cü il tarixində Horadiz şəhər 1 saylı orta məktəbində reallaşdırmışdır. Tədbirdə müəssisəsinin müəllim-şagird heyəti ilə yanaşı, Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişlər.

“Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir” mövzusunda keçirilən maarifləndirmə tədbirində Regional Mərkəz əməkdaşları “Fövqəladə Hallar Nazirliyi və onun qurumları. Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri”, “Yanğın hadisələrinin başvermə səbəbləri. Yanğınlar zamanı panika çoxsaylı insan tələfatına səbəb ola bilər!”, “Payız-qış mövsümündə məişətdə baş verə biləcək texnogen mənşəli fövqəladə hallar. Dəm qazı ilə zəhərlənmə” ,”Hansı hallarda “112” zəng mərkəzinə müraciət edilməlidir” mövzularında çıxışlar etmişlər. Tədbirdə son dövrlərdə respublika ərazisində baş verən dəm qazı ilə zəhərlənmə faktlarına diqqət çəkilmiş, bu kimi bədbəxt hadisələrin qarşısını əhalinin mütəmadi maarifləndirilməsi yolu ilə almağın effektivliyi barədə söhbət açılmışdır. Təhsil müəssisəsinin təxliyyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat-çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, məktəbin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi təhsil müəssisəsi rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirdə Qarabağ Regional Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur. İştirakçılara “FHN Qarabağ Regional Mərkəzi xəbərdarlıq edir: dəm qazı təhlükəsindən uzaq olaq!” adlı broşür paylanmışdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqini təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar Texnoloji Kollecində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu