Geri

FHN Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 1 noyabr 2013-cü il tarixində müşavirə keçirmişdir.

Müşavirədə məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması olmuşdur.

Müşavirədə mövzunun nə dərəcədə əhəmiyyətli olduğu vurğulamış və diqqətin gələcəyimiz hesab edilən uşaqların üzərinə yönəldilməsinin vacibliyi qeyd olunmuşdur. Daha sonra Mərkəz əməkdaşı çıxışında əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz el-obalarından didərgin düşmüş uşaqların problemlərinə yönəltmiş, onların həlli yollarının hamımızın ən ümdə vəzifələrindən biri olduğunu bildirmişdir.

 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu