Geri

Uşaq hüquqları aylığı çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 1 noyabr 2013-cü il tarixində Lənkəran rayonu V.İbadov adına Cil və Xarxatan kənd orta məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilmişdir.

Keçirilən təbliğat xarakterli tədbirlərdə Lənkəran şəhər Təhsil şöbəsinin nümayəndələri, Cil və Xarxatan kənd orta məktəblərin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak etmişlər.

Tədbirdə “Uşaq hüquqlarının müdafiəsi hər bir cəmiyyətin ümdə vəzifəsidir”, “Uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti” mövzularında çıxış edən Mərkəzin əməkdaşı bildirmişdir ki, respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. O qeyd etmişdir ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə, ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atılır, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə kövrək qruplara aid olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsinin təmin edilməsi istiqamətində mühüm tədbirlər görülür, əlil uşaqlara reabilitasiya xidmətləri göstərilir, istedadlı və yaradıcı uşaqların və gənclərin sosial və iqtisadi problemlərinin həllinə və onların qabiliyyətlərinin inkişafına, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsinə yönəlmiş dövlət proqramları hazırlanaraq uğurla həyata keçirilir.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “112” zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” mövzularında məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının, eləcə də məktəblərin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib. ...

Ardını oxu

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu