Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “İctimaiyyətin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq 31 oktyabr 2013-cü il tarixində Səbail rayonu 239 saylı orta məktəbdə tədbir keçirmişdir.

Fövqəladə hallar zamanı və partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi mövzusunda məktəbin pedaqoji kollektivinə müvafiq tövsiyələr verilmişdir.

Yığıncaqda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Yığıncaqda fövqəladə hallar zamanı Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Xidməti ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri, həmçinin, partlayıcı maddələrin aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilmişdir.

Tədbirin sonunda məktəblilərin baş vermiş və ya baş verə biləcək bədbəxt hadisə barədə “112” Xidmətinə müraciətləri insan həyatının xilas olunması istiqamətində bir vətəndaş kimi vəzifələrinin nə qədər böyük olması haqqında tövsiyələr verilmiş, eyni zamanda iştirakçılara Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş olunmuşdur.

İctimaiyyətin maarifləndirilməsi məqsədilə keçirilən yığıncaqda Xidmətin  fəaliyyəti ilə bağlı nümayiş etdirilən materiallar müəllim və şagirdlərin böyük  marağına səbəb olmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu