Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

30 oktyabr 2013-cü il tarixində qış mövsümünün başlanması ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayon Qaz İstismar Sahəsinin əməkdaşları ilə birgə Ağdam Musiqi Kollecində “Qaz təsərrüfatında partlayışlar. Onların qarşısının alınması yolları” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər.

Qarabağ Regional Mərkəzinin, Qaz İstismar Sahəsinin, Kollec kollektivinin və yerli əhalinin iştirak etdiyi maarifləndirmə tədbirində mövzular ətrafında çıxışlar edilmiş, auditoriyaya texniki təhlükəsizlik qaydaları haqda geniş məlumatlar verilmişdir. Bildirilmişdir ki, təhlükəsizlik qaydalarına etinasız və laqeyd yanaşma sonda böyük faciələrə səbəb olur. Məruzəçilər “112” qaynar telefon xətti ilə əlaqə saxlamağın qaydaları haqda da söhbətlər aparmışlar.

Nəzəri hissənin sonunda iştirakçılara “Məişətdə baş verən fövqəladə hadisələr zamanı davranış qaydaları” mövzusunda hazırlanmış broşürlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu