Geri

FHN Bakı Regional Mərkəzi Qaradağ rayonunda tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.

Belə tədbirlərdən növbətisi cari ilin oktyabr ayının 30-da Qaradağ Rayon İcra Hakimiyyətində keçirilmişdir.

Tədbirdə cari ilin 9 ayı ərzində baş vermiş yanğınların statistikası barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, cari payız-qış mövsümündə yanğın və dəm qazı zəhərlənmələri ilə bağlı bədbəxt hadisələrin baş verməməsi üçün hər bir vətəndaş əlindən gələni etməlidir.

Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları müvafiq olaraq “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının çıxışı zamanı rayon ərazisində yanğınsöndürən avtomobillərin hərəkətinə mane olan dirəklərin və şlaqbaumların olduğu yerləri özündə əks etdirən fotoşəkillər nümayiş olunmuşdur.

Qaradağ rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin, Qaradağ rayon Qaz İstismar Sahəsinin, Qaradağ rayon Enerji Təchizatı və Satışı İdarəsinin, Qaradağ rayon Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları isə müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomaterial da nümayiş olunmuşdur. Çıxışlar interaktiv formada elektron vasitələrin köməyi ilə təqdim olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Qızılağac Milli Parkının ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maairfləndirmə tədbiri keçirib....

Ardını oxu

Təşkilati-metodiki göstərişlərin icrası təmin olunur

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə 2021-ci......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz, Şəmkir və Qazax rayon Mərkəzi xəstəxanalarında, həmçinin Gəncə şəhər A.Səhhət adına xəstəxanada yanğın təhlükəsziliynə dair maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu