Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir.

"Hər bir uşağın qayğısına qalaq!" devizi altında keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində Fövqəladə Hallar Nazirliyinin  Bakı Regional Mərkəzi 29 oktyabr 2013-cü il tarixində Bakı şəhəri, Nizami rayonundakı 201 nömrəli məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbir zamanı nazirliyin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?” və s. kimi mövzularda çıxış etmiş və fövqəladə hal baş verdikdə istifadə olunan texnika və avadanlıqların təyinatı və iş prinsiplərini tədbir iştirakçılarına nümayiş etdirmişlər. Eyni zamanda, zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu