Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektoru “İctimaiyyətin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq 28 oktyabr 2013-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 34 saylı orta məktəbdə tədbir keçirmişdir.

Yığıncaqda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Yığıncaqda fövqəladə hallar zamanı Nazirliyin “112” Xidməti ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri, həmçinin, partlayıcı maddələrin aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilmişdir.

Yığıncağın sonunda iştirakçılara Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu