Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 25 oktyabr 2013-cü il tarixində Zərdab şəhər 3 saylı orta məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməletmə vərdişlərinin təkmilləşdirilməsi olmuşdur.

Sonra Mərkəzin Mərkəzin əməkdaşlarının “Fövqəladə hallarda özünü necə aparmalı?”, “Hansı hallarda “112” zəng mərkəzinə müraciət etmək lazımdır” mövzuları ilə bağlı məruzələri dinlənilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılmış, tədbir iştirakçılarını maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu