Geri

Sumqayıt Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirmişdir

30 yanvar 2013-cü il tarixində Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin nümayəndələri, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəində mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”, “Dəm qazından ehtiyatlı olun”, “Elektrik cərəyanı haqqında anlayış. İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi” və “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” mövzularında çıxışlar etmişlər.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film və “Dəm qazı və ya gözəgörünməz qatil” adlı videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində Sumqayıt Regional Mərkəzinin xilasediciləri və Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən şərti xilasetmə əməliyyatları nümayiş etdirilmişdir. Sonda Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu