Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Yanvar ayının 29-da FHN Şimal-qərb Regional Mərkəzi İsmayıllı şəhər 1 saylı tam orta məktəbində rayonun təhsil işçiləri ilə dəm qazından zəhərlənmələrin qarşısının alınması məqsədi ilə “Qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə rayon Təhsil şöbəsinin nümayəndələri və rayonda fəaliyyət göstərən məktəblərin rəhbərləri iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd qış mövsümündə cəmiyyəti ən çox narahat edən məsələlərdən olan “Dəm qazı” ilə bağlı təhsil işçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparmaq, təhsildə bu sahəyə olan diqqəti daha da artırmaq və bu sahədə təbliğat işlərini gücləndirmək olmuşdur.

İştirakçılara Dəm qazından zəhərlənmənin qarşısının alınmasında təbliğatın rolu”, “Dəm qazından zəhərlənmələrin qarşısının alınması üçün təhlükəsizlik norma və qaydaları”, “Fövqəladə hal və mülki müdafiə”, “Məişətdə baş verən yanğınlar və partlayışlar zamanı xilasedicilər gələnə qədər zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və onların hadisə zonasından çıxarılması”, “Rayonun çoxmərtəbəli və fərdi yaşayış evlərindəki qaz təsərrüfatında təhlükəsizlik tədbirlərinin mövcud vəziyyəti” və s. mövzularda ətraflı məlumatlar verilmiş, dəm qazı ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi, “Gənc xilasedici və yanğınsöndürən” yarışları haqqında, tədbirlərdə bugünəqədər İsmayıllı rayonunun əldə etdiyi nailiyyətlər haqqında danışılmışdır.    

Tədbirin sonunda rayon Təhsil şöbəsinin məsul işçisi bu kimi hadisələrin qarşısının alınmasında əsas vasitə olan təbliğatın aparılmasında cəmiyyətdə hər kəsin, xüsusi ilə də təhsil işçilərinin üzərinə böyük vəzifənin düşdüyünu qeyd etmiş, mövsümi xarakter daşıyan hadisələrlərin qarşısının alınması ilə bağlı şagirdlərə hər gün məlumatların verilməsinin vacibliyindən danışmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu