Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirilmişdir

25 yanvar 2013-cü ildə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Ağdaş rayon 3 nömrəli tam orta məktəbində “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma təlimatları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

Sonra “Dəm qazı, onun yaranması, qaz avadanlıqlarından istifadə zamanı təhlükəsizlik tədbirlərinin vacibliyi”, “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır” mövzusunda geniş məlumat verilmişdir. Tədbirin mövzusu ilə əlaqədar hazırlanmış bukletlər iştirakçılara paylanılmış, müzakirələr aparılmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin dəm qazından zəhərlənmələr, ilk tibbi yardım və qaz istifadəsi zamanı təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış videoçarx nümayiş olunmuşdur. Tədbirdə görüş iştirakçılarını maraqlandıran bir çox suallar məruzəçilər tərəfindən cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu