Geri

FHN Bakı Regional Mərkəzi nəzəri-praktik tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, Tibb Xidməti və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə birlikdə 25 yanvar 2013-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu 308 saylı orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktik tədbir keçirmişdir.

Tədbir iki hissədən ibarət olmuşdur:

Nəzəri hissə çərçivəsində FHN əməkdaşları tərifindən “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”,
“Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” və “Yanğın təhlükəsizliyi qaydaları” mövzularında ətraflı məlumatlar vermiş, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən, sənədli film və dəm qazı ilə bağlı videoçarx, o cümlədən şagirdlərin hazırladıqları zəlzələ mövzusunda səhnəcik nümayiş etdirmişlər. Bu səhnəcikdə dərs prosesində baş vermiş zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları öz əksini tapmışdır.

Bundan başqa, tədbir praktik məşğələ ilə davam etmişdir.

Əvvəlcədən məktəbin həyətinə gətirilmiş “Mercedes BENZ Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır. 

Tədbirin keçirilməsində məqsəd orta məktəbin müəllim-şagird heyətinə ehtimal olunan fövqəladə hadisə zamanı ilkin davranış qaydalarının aşılanmasından ibarət olmuşdur.

 

 

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu