Geri

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin “Dəm qazından boğulmalar insan həyatı üçün təhlükəlidir” başlıqlı bu dəfəki tədbiri Bərdə rayon ictimaiyyəti ilə rayonda yerləşən Mədəniyyət Evində keçirilmişdir.

Müşavirə son günlər respublikamızda artan dəm qazından boğulma hadisələrinə, qaz təsərrüfatında olan partlayış və yanğınlara həsr edilmişdir.

Çıxış edənlər belə hadisələrin qarşısının alınması üçün aparılan təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirməsindən danışmışlar. Bildirilmişdir ki, son günlər Bərdə rayonu ərazisində müvafiq qurumlar tərəfindən təbliğat işləri intensivləşdirilmiş, əhali ilə görüşlər mütəmadi hal almışdır. 

Mərkəz əməkdaşları isə, öz növbələrində “Dəm qazından boğulmalar”, “Qaz təsərüfatında partlayışları yaradan səbəblər” mövzularında çıxışlar etmiş, bu bədbəxt hadisələrin xüsusiyyətlərini açıqlamış, rayon əhalisini ayıq olmağa, onları  məişətdə qazla ehtiyatlı davranmağa çağırmışlar.

Tədbirin yekununda müşavirə iştirakçılarına  Mərkəz əməkdaşlarının mövzuya uyğun hazırladıqları bukletlər  paylanmışdır.

İclasda rayon FHK-nın sədri və üzvləri, rayonda fəaliyyət göstərən  təhsil, səhiyyə, mədəniyyət idarələrinin nümayəndələri, hüquq-mühafizə orqanları, FHN-nin yerli qurumları və KİV əməkdaşları iştirak etmişlər.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu