Geri

FHN Cənub Regional Mərkəzində 20 yanvar faciəsinin 23-ci ildönümünə həsr edilmiş mərasim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində xalqımızın qəhrəmanlıq tarixində silinməz iz qoymuş 20 yanvar faciəsinin 23-ci ildönümünə həsr edilmiş mərasim keçirilmişdir. Tədbirdə Cənub Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin nümayəndələri də iştirak etmişlər.

Əvvəlcə əməkdaşlar Şəhidlər Xatirə Kompleksinin önünə gül dəstələri qoymuş, faciə qurbanlarının xatirəsini dərn hüznlə yad etmişlər.

Sonra tədbirdə Azərbaycan uğrunda qəhrəmancasına şəhid olmuş oğul və qızlarımızın göstərdiyi şücaətlər barədə ətraflı məlumat verilmişdir.

Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı çıxış edərək Azərbaycan xalqının özünün dövlətçilik ənənələrini, tarixi ərazilərinin bütövlüyünü, mənəvi dəyərlərini və ən əsası, müstəqilliyini qoruyub saxlamaq üçün tarixən göstərdiyi qəhrəmanlıqlar barədə ətraflı danışmışdır.

Sonda “İstənilən vaxt Ali Baş Komandanın əmri ilə hər bir Azərbaycan vətəndaşı ölkəmizin müstəqilliyi uğrunda əzmkarlqıla döyüşməyə, yeri gəldikdə bu müqəddəs amal uğrunda qəhrəmancasına şəhid olmağa hazırdır!” yekun ifadəsi ilə tədbir bağlı elan olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu