Geri

FHN Qarabağ Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

18 yanvar 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin “Dəm qazından boğulmalar insan həyatı üçün təhlükəlidir” mövzusunda Mərkəzin bütün inzibati ərazisində keçirdiyi silsilə xarakterli seminar-müşavirənin növbəti ünvanı Tərtər rayon İcra Hakimiyyəti olmuşdur.

Toplantıda son vaxtlar respublikamızda dəm qazından boğulma hadisələrindən, qaz təsərrüfatında olan partlayış və yanğınlardan söhbət açılmış, narahatlıq ifadə olunmuşdur. Çıxış edən natiqlər bu tip hadisələrin qarşısının alınması yönündə aparılan təbliğat və maarifləndirmə işlərinin daha da intensivləşdirməyin vacibliyini vurğulamışlar. Təmsil etdiyi idarə, müəssisə və təşkilatdan asılı olmayaraq hər bir insan bu sahədə mükəmməl maariflənərək, ətrafında olan hər kəsi də maarifləndirməlidir.

Tədbirin sonunda Mərkəz əməkdaşlarının mövzuya uyğun hazırladıqları bukletlər seminar-müşavirə iştirakçılarına paylanmışdır.

İclasda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət idarələrinin nümayəndələri, hüquq-mühafizə orqanı, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları və KİV əməkdaşları iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu