28 sentyabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallarda ümumi davranış qaydaları” mövzusunda Ucar şəhər 5 saylı tam orta məktəbində müəllim kollektivi ilə növbəti maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri, fövqəladə halların növləri, onlardan qorunma qaydaları, “Fövqəladə hallarda ümumi davranış qaydaları” mövzusu ətrafında tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Sonra fövqəladə hallarda ümumi davranış qaydalarına aid hazırlanmış bukletlər tədbir iştirakçılarına paylanılmış və buklet üzərində müzakirələr aparılmışdır. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...
Ardını oxu25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...
Ardını oxu