Geri

FHN Sumqayıt Regional Mərkəzi marrifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 sentyabr 2012-ci il tarixində Xızı rayon A.Abdulayev adına Altıağac qəsəbə orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi bacarığının aşılanması və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmsından ibarət olmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” və “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” mövzularında çıxışlar etmişlər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film də nümayiş etdirilmişdir.

Tədbirin sonunda məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzi və Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və avadanlıqları nümayiş etdirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

Tədbirdə Xızı rayon təhsil şöbəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu