Geri

FHN Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri üçün təlim keçirilmişdir

24-25 sentyabr 2012-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin xilasediciləri üçün təlim keçirilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin görülməsi zamanı idarəetmənin təşkili, avtomobil qəzası nəticəsində avtomaşında sıxılmış vəziyyətdə qalmış insanların xilas edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, həmçinin, psixoloji hazırlığın möhkəmləndirilməsi, xüsusi alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə olunması vərdişlərinin təkmilləşdirilməsindən ibarət olmuşdur.

Yekunda görülmüş işlər müzakirə olunmuş, çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

19 yanvar 2021-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şuşa şəhərində yerləşən ərzaq mağazasında, həmçinin çörək və un məmulatlarının istehsalı sexində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti fəxri fərmanla təltif edilib

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsində şəxsi heyətlə görüş keçirilib...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu