Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

9 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda Mingəçevir şəhərində H.Əliyev muzeyində növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə şəhərin təhsil və mədəniyyət işçiləri iştirak etmişdir.
Tədbirdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda geniş məruzə edilmiş, tədbir iştirakçılarını yay mövsümündə insanların nəzərdə tutulmayan yerlərdə çimməsi nəticəsində mümkün risklərdən, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınması istiqamətində vətəndaşların üzərinə düşən məsuliyyətdən danışılmışdır.

Daha sonra “Hansı hallarda “112” xidməti ilə əlaqə saxlamaq lazımdır” mövzusunda əlavə məlumatlar verilmiş, fövqəladə hallar zamanı insanların davranışı barədə geniş fikir mübadiləsi aparılmışdır.

Sonra FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin çimərlikdə təhlükəsizlik və davranış, fövqəladə hallarda ümumi davranış qaydalarına aid hazırlanmış bukletləri tədbir iştirakçılarına paylanılmış və bukletlər üzərində müzakirələr aparılmışdır. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ,Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyətinin təşkili ilə bağlı videoçarx nümayiş olunmuşdur. Tədbirdə görüş iştirakçılarını maraqlandıran bir çox suallara məruzəçilər tərəfindən ətraflı cavablar verilmişdir.
 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu