Geri

FHN Qarabağ Regional Mərkəzində praktik-təlim məşqi keçirilmişdir

 

7-8 avqust 2012-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri üçün praktik-təlim məşqi keçirilmişdir.

Praktik-təlim məşqinin keçirilməsində məqsəd Mərkəzin xilasedicilərinin nəzəri biliklərinin praktiki cəhətdən möhkəmləndirilməsi, onların baş vermiş istənilən fövqəladə hadisə zamanı psixoloji hazırlığının, vərdiş və bacarıqlarının artırılması, zərərçəkmişlərə ilk yardımın göstərilməsi, alət və avadanlıqlardan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsindən ibarət olmuşdur.

Mərkəzin xilasediciləri praktik-təlim məşqində avtomobil qəzası nəticəsində sıxılmış vəziyyətdə qalmış zərərçəkmişin xilas edilməsi mövzusunda xilasetmə tapşırığını yerinə yetirmişlər.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu