Geri

FHN Aran Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

29 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları “Fövqəladə hallarda ümumi davranış qaydaları”mövzusunda Naftalan şəhər Maliyyə idarəsinində şəhər ictimaiyyət nümayəndələrinin iştirakı ilə növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına geniş məlumatlar verilmişdir. Sonra fövqəladə halların növləri, onlardan qorunma qadaları, “Fövqəladə hallarda ümumi davranış qaydaları” mövzusu ətrafında tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, fövqəladə hallarda ümumi davranış qaydalarına aid hazırlanmış bukletlər tədbir iştirakçılarına paylanmış və buklet üzərində müzakirələr aparılmışdır. Sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Sonda “Hansı hallarda “112”xidməti ilə əlaqə saxlamaq lazımdır” mövzusunda əlavə məlumatlar verilmişdir.

Tədbirdə görüş iştirakçılarını maraqlandıran bir çox suallara məruzəçilər tərəfindən ətraflı cavablar verilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu