Geri

FHN Gənc xilasedici komandası “I Beynəlxalq Təhlükəsizlik Məktəbi” yarışlarında iştirak etmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin gənc xilasedici komandası Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin 15-22 avqust 2012-ci il tarixlərində keçirdiyi “I Beynəlxalq Təhlükəsizlik Məktəbi” yarışlarında iştirak etmişdir. Yarışlar altı mərhələdə keçirilmişdir:

  • Yanğın estafeti;
  • Kross estafet 4x1000;
  • Sularda axtarış-xilasetmə işləri;
  • Yaşam marşrutu;
  • Komandaların təqdimatı müsabiqəsi;
  • Divar qəzeti müsabiqəsi.

Yarışda 11 ölkənin komandaları iştirak etmişlər. Bunlar Rusiya, Qazaxıstan, Estoniya, Latviya, Litva, Ukrayna, Belarus, Bolqarıstan, Moldova, Polşa və Azərbaycan komandalarıdır. Gənc xilasedicilərimiz çətinliklərə baxmayaraq müvəffəqiyyətlə çıxış etmişlər. Komandamız “Yanğın estafeti” və “Divar qəzeti” müsabiqəsində 3-cü yeri, “Komandaların təqdimatı” müsabiqəsində isə 2-ci yeri tutmuşlar. Bundan əlavə uşaqlar “Yarışların şən və qoçaq komandası” nominasiyasının qalibi olmuşlar. Komandanın rəhbəri Məhbubə Mustafayeva Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin 6 avqust 2012-ci il tarixli əmri ilə də“Xilasetmə işinin təbliği” medalı ilə təltif edilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu