Geri

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Şimal-Qərb Regional Mərkəzinin iş planına əsasən, maarifləndirmə tədbirləri çərçivəsində 23 avqust 2012-ci il tarixində, Oğuz rayon Mərkəzi Xəstəxanasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması”, ”Fövqəladə hallar zamanı nə etməli?”, “Səhiyyə işçilərinin mülki müdafiə hazırlığının təşkil olunması” mövzularında nəzəri maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin məqsədi səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarına əməletmə vərdişlərinin təkmilləşdirilməsi, hadisələr zamanı tibb işçilərinə xilasedicilərlə birgə fəaliyətinin aşılanması olmuşdur. Tədbirdə Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri, Oğuz rayon DYMX-nin əməkdaşları, Şimal-Qərb Regional DYNİ-nin əməkdaşları, baş həkimin müavini, xəstəxananın mülki müdafiə qərərgah rəisi, tibb personal və texniki işçiləri iştirak etmişdirlər.

Tədbirdə təbii fəlakətlər, texnogen qəzaların baş verməsi nəticəsində insanların fiziki sağlamlıqlarının bərpası, mülki müdafiənin təmin olunmasında tibb işçilərinin üzərinə çox böyük məsuliyyət düşdüyündən danışılmış və qeyd edilmişdir ki, gün ərzində insanların ən çox toplaşdığı, xüsusən həkim himayəsində olan xəstələrin olduğu bir müəssisədə fövqəladə hallar zamanı davranış qaydalarının daima təkmilləşdirilməsi ən vacib məsələlərdən biri olduğu üçün bu mövzuda keçirilən hər bir tədbirin də çox böyük əhəmiyyəti var.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli filim nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu