Geri

FHN Cənub Regional Mərkəzi “Yay mövsümündə vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri” üzrə məşq keçirmişdir

17 avqust 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzi "Yay mövsümündə vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri" mövzusunda məşq keçirmişdir.

Məşqin keçirilməsində əsas məqsəd yay mövsümü ilə bağlı çimərliklərin təhlükəsizlik baxımından tam hazırlıq vəziyyətinə gətirilməsi, əhalinin çimərliklərdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirilməsi, çimərliklərdə sanitar-gigiyena qaydalarının tələblərinə əməl olunması, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsindən ibarət olmuşdur.

FHN-in Cənub Regioal Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub dalğıc axtarış qrupunun, Lənkəran xilasetmə məntəqəsinin, Lənkəran şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının, Lənkəran rayon Sanitar-gigiyena və epidemiologiya Mərkəzinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də 1 ədəd “Mercedes Sprinter” markalı xüsusi xilasetmə avtomobili, 1 ədəd “Chevrolet-Niva” avtomobili, 1 ədəd təcili tibbi yardım avtomobili və 1 ədəd xilasetmə kateri xüsusi xilasetmə alət və avadanlıqları ilə birgə məşqə cəlb olunmuşdur.

Şərti olaraq 17 avqust 2012-ci il tarixində saat 15:00-da Cənub Regional Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində yerləşən dövlət çimərliyində sudaboğulma hadisəsi baş vermişdir.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Cənub Regional Mərkəzinin, DSXX-nin Cənub dalğıc axtarış qrupunun və Lənkəran xilasetmə məntəqəsinin şəxsi heyəti tərəfindən hadisə yerində zərərçəkmişlərin axtarışına başlanılmış, çimərlikdə toplaşan və panikada olan vətəndaşlara, eləcə də zərərçəkmişlərin qohumlarına xilasedicilər tərəfindən psixoloji yardım göstərilmişdir. 

Aparılan axtarış tədbirlərinin nəticəsi olaraq zərərçəkmişlər xilasedicilər tərəfindən tapılaraq ilkin tibbi yardım göstərildikdən sonra Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarına təhvil verilmişdir.

Daha sonra çimərlikdə əhali üçün təhlükə yarada biləcək maneələrin təmizlənməsi istiqamətində xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmiş, “Hansı hallarda 112 qaynar xəttinə müraciət etmək olar?” və “Çimərliklərdə təhlükəsizlik tədbirləri” mövzusunda hazırlanmış broşürlər əhali arasında paylanılmışdır.

Yekunda məşqə cəlb olunan qurumların qarşılıqlı fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılmışdır.

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu