2012-ci ilin iyul-avqust aylarında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları birgə Xızı rayonunun Baxışlı kəndi və Altıağac qəsəbəsində yerləşən meşə sahələrində, eləcə də istirahət mərkəzlərində olmuş, orada istirahət edən əhali arasında yanğın təhlükəsizliyi qaydaları haqqında maarifləndirici söhbətlər aparmışlar.
Bundan başqa, taxıl zəmilərində baş verən yanğınlar zamanı davranış qaydaları haqqında yerli əhali arasında maarifləndirmə tədbirləri də həyata keçirilmişdir. Dağlıq ərazilərdə baş verən yanğınların qarşısının alınması və söndürülməsi zamanı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsində, ağır texnikaların hadisə yerinə yaxınlaşa bilməsində yerli əhaliyə onların edə biləcəyi köməkliyin vacibliyi izah edilmişdir.
Rayonun Vərdəh, Baxışlı kəndləri, Altıağac və Xızı qəsəbələrinin sürüşmə zonalarında yaşayan əhali ilə də maarifləndirici söhbətlər aparılmışdır. Əhaliyə sürüşmə zamanı davranış qaydaları haqqında ətraflı məlumatlar çatdırılmışdır.
Meşə və meşəətrafı ərazilərdə, mövsümi istirahət zonalarında, quru ot sahələrində yanğınların baş verməməsi və qarşısının alınması məqsədilə FHN Sumqayıt Regional Mərkəzi tərəfindən əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...
Ardını oxu