Geri

Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə müşavirə keçirmişdir

30 aprel 2012-ci il tarixində Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti müşavirə keçirmişdir.

Müşavirədə “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti”, “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” və “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi” mövzularında çıxışlar edilmiş, rayonun çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumatlar verilmiş, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun qurumları haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş etdirilmişdir.

Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin, müvafiq rayon təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu