Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirimə tədbiri keçirmişdir

26 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Astara rayonu Z.Ə.Əhəmdzadə adına Pensər kənd 2 saylı və P.Həsənov adına Telman kənd tam orta məktəbləri üçün “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin keçirilməsində əsəs məqsəd şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olmaları, fövqəladə hallar zamanı düzgün davranış qaydalarına əməl etmələri, eləcə də fövqəladə hallar və mülki müdafiə tədbirləri sahəsində müəllim və şagirdlərin bilik və bacarıqlarını artırmaqdan ibarət olmuşdur.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən “Uşaqlarda yanıq zədələri və yanıqlarda ilk yardım”, “Partlayış və yanğın, onlara qarşı təhlükəsizlik tədbirləri”, “İldırım nə dərəcədə təhlükəlidir və ondan necə qorunmalı” və “Sel və daşqınlar zamanı təhlükəsizlik tədbirləri” mövzularında çıxışlar edilmişdir.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır” və “Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli” mövzularında hazırlanmış kitabçalar tədbir iştirakçılarına paylanılmış, həmçinin, Mərkəzin fəaliyyəti ilə bağlı fotoslayd tədbir iştirakçılarına əyani şəkildə nümayiş etdirilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Tədbirdə Astara rayon Pensər kənd 2 saylı və Telman kənd tam orta məktəblərinin müəllim və şagird heyəti iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu