Geri

FHN-in təşkilatçılığı ilə “Gənc xilasedici və yanğınsöndürən” zona yarışları keçirilmişdir

21 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Gənc xilasedici və yanğınsöndürən” zona yarışları keçirilmişdir.

Yarış orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olmuşdur.

Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissini, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən ibarət olmuşdur.

İlk zona yarışlarına Bakı və Sumqayıt şəhərlərində start verilmiş və Bakı şəhərinin 11 rayonu, Sumqayıt şəhərinin 5 rayonu üzrə yarışlar keçirilmişdir. Baki şəhəri üzrə birinci yeri Səbail rayonu 190 saylı, ikinci yeri Yasamal rayonu 158 saylı, üçüncü yeri Nəsimi rayon Bakı Slavyan Universiteti nəzdində məktəb lisey tutmuşdur.

Sumqayıt şəhərində keçirilən yarışda birinci yeri Şuşa şəhəri 10 saylı tam orta məktəbi, ikinci yeri Sumqayıt Təfəkkür liseyi, üçüncü yeri Abşeron rayonu, Novxanı kənd 1 saylı tam orta məktəbi tutmuşdur.

Növbəti zona yarışları Gəncə, Xaçmaz, Yevlax, Ağdam, Qəbələ, Salyan və Lənkəran şəhərlərində yerləşən nazirliyin regional mərkəzlərində keçiriləcəkdir.

Zona yarışlarında qalib gələn komandalar iyun ayında ümumrespublika final yarışlarılnda iştirak edəcəklər.



Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş dəyirmi masa keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyevin parlaq zəkası” mövzusunda dəyirmi masa keçirilib. ...

Ardını oxu

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət quruculuğu” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu