Geri

Bakı Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidməti yay çimərlik mövsümü ilə əlaqədar maarifləndirmə tədbiri keçirmişlər

25 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidməti Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti”, “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında ətraflı məlumatlar verilmiş, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun qurumları haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş etdirilmişdir.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin, müvafiq rayon təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu