20-21 aprel 2012-ci il tarixlərində Müdafiə, Fövqəladə Hallar, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə “Cəsurlar” hərbi-idman və turizm yarışı keçirilmişdir.
Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən ibarət olmuşdur.
Yarışda Bakı şəhərinin Xətai, Nəsimi, Suraxanı rayonları, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, Bərdə, Cəlilabad, Göygöl, İsmayıllı, Neftçala, Ordubad, Saatlı, Samux, Şabran, Ucar, Zaqatala və Zərdab rayonlarının komandaları iştirak etmişlər.
Yarışda komandalar təntənəli marşla tribuna önündən keçmiş və sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirmişlər.
Yarışda maneələrin dəf olunması, sədlərin keçilməsi kimi normativlərlə zəngin olan yarışın ən maraqlı və çətin mərhələlərindən biri fövqəladə hallar və mülki müdafiə sahəsini əhatə edən “zəhərli zonanın dəf olunması” və “yaralının zəhərli zonadan çıxarılması” mərhələləri olmuşdur.
“Cəsurlar” hərbi-idman və turizm yarışlarının respublika finalında Xətai rayonu 1-ci, İsmayıllı rayonu 2-ci, Suraxanı rayonu 3-cü yerə layiq görülmüşdür. Bu komandalara yarışın sonunda qiymətli hədiyyələr, mülki müdafiə sahəsini əhatə edən “zəhərli zonanın dəf olunması” və “yaralının zəhərli zonadan çıxarılması” mərhələlərində fərqləndiklərinə görə müvafiq olaraq Şabran və Samux rayonlarının komandalarına diplomlar təqdim olunmuşdur.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçmişdir.
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. ...
Ardını oxu