Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

20 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Naftalan şəhər musiqi məktəbinin akt zalında “Əhalinin fövqəladə hallarda davranış qaydaları” və “Yangın təhlükəsizliyinin təşkili” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “Yanğın təhlükəsizliyi ilə bağlı təhlükəsizlik tədbirləri”, “Naftalan şəhərində fövqəladə hallar zamanı mülki müdafiənin təşkili”, “Hansı hallarda “112”qaynar xətti ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar edilmiş və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin yaranması, fəaliyyət istiqamətləri, mərkəzin maddi-texniki bazası haqqında ətraflı məlumat verilmiş, o cümlədən Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə şəhərin mədəniyyət və təhsil işçiləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu