20 aprel 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, Tibb Xidməti və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyası ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu 183 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda nəzəri-praktik tədbir keçirmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd orta məktəbin müəllim və şagird heyətinə ehtimal olunan fövqəladə hadisələr zamanı ilkin davranış qaydalarının aşılanması olmuşdur.
Tədbirdə FHN-in əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli”, “Yanğın, partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” və “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxışlar etmiş, tədbir iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumatlar vermiş, həmçinin, məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, qurumları haqqında sənədli film nümayiş etdirilmişdir.
Daha sonra məktəbin həyətində “Mercedes BENZ Sprinter” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...
Ardını oxu