Geri

FHN Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

7 mart 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları Goranboy rayon mərkəzi xəstəxanasının akt zalında “Əhalinin fövqəladə hallarda davranış qaydaları” və “Yanğın təhlükəsizliyinin təşkili” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, Aran Regional Mərkəzinin fəaliyyəti, fövqəladə hadisələrin növləri, onlardan qorunma təlimatları haqqında ətraflı məlumat verilmiş, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə “Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsinin vacibliyi” və “Hansı hallarda “112” mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar edilmişdir.

Tədbirdə rayonun səhiyyə işçiləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu