Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (Xidmət) Fövqəladə hallar zamanı və partlayıcı maddələr aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi barədə 7 mart 2012-ci il tarixində Binəqədi rayonu 99 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə fövqəladə hallar zamanı nazirliyin “112” zəng mərkəzi ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri, həmçinin, partlayıcı maddələrin aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilmişdir.

Tədbirin sonunda Xidmətin fəaliyyətini əks etdirən fotoslayd və xüsusi təyinatlı nəqliyyat vasitəsində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

Tədbirdə orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu