Geri

FHN Bakı Regional Mərkəzində dəyirmi masa keçirilmişdir

2012-ci ilin mart ayının 30-da Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın işində Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarının, o cümlədən Bakı Regional Mərkəzinin nümayəndələri, Bakı şəhəri rayonlarının fövqəladə hallar komissiyalarının rəhbərləri, paytaxtda fəaliyyət göstərən rayon bələdiyyələrinin və rayon bələdiyyə sədrləri şuralarının sədrləri, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri assosiasiyalarının icraçı katibləri iştirak etmişlər.

Tədbirdə fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin əhəmiyyətindən, bu işin təşkilinin mərhələlərindən və xüsusiyyətlərindən danışılmış, həmçinin, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı görülmüş qəza-xilasetmə və digər təxirəsalınmaz işlər barədə çıxışlar olmuş, işgüzar fikir mübadiləsi aparılmışdır.

Həmçinin, FHN xilasetmə xidmətlərinin fəaliyyəti barədə videoçarx nümayiş olunmuşdur.

Tədbir iştirakçılarına elektron diskdə fövqəladə hallara hazırlıq sahəsindəki fəaliyyəti tənzimləyən normativ hüquqi aktlardan ibarət toplu təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu