Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (Xidmət) 28 mart 2012-ci il tarixində Binəqədi rayonu 314 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə fövqəladə hallar zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzi ilə əlaqə, Xidmətin fəaliyyət istiqamətləri, həmçinin, partlayıcı maddələrin aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında ətraflı məlumatlar verilmişdir.

Tədbirin sonunda Xidmətin fəaliyyətini əks etdirən fotoslayd və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

Tədbirdə orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu