Geri

FHN Cənub Regional Mərkəzi tərəfindən bölgədə silsilə seminar-müşavirələrin keçirilməsi davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən bölgədə “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və bələdiyyə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda silsilə seminar-müşavirələrin keçirilməsi davam etdirilir.

Belə tədbirlərdən biri 15 mart 2012-ci il tarixində Mərkəzin əməkdaşları, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının nümayəndələri ilə yanaşı, Sütəmurdov kənd sakinləri, idarə və müəssisə rəhbərləri iştirakı ilə keçirilmişdir.

Müşavirədə “FHN-in Cənub Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və bələdiyyə orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əsas istiqamətləri”, “Yanğına səbəb olan amillər və onlardan qorunma yolları”, “Fövqəladə hadisə zamanı fəlakət zonalarından əhalinin düzgün təxliyyə olunması qaydaları” mövzularında çıxışlar edilmişdir.

Eyni zamanda, “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" və "Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli" mövzularında hazırlanmış vərəqə və broşurlar paylanmış, fotoslaydlar nümayiş etdirilmişdir və tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu