Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti 14 mart 2012-ci il tarixində Binəqədi rayonu 30 saylı orta məktəbdə müəllim kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (Xidmət) fəaliyyət istiqamətləri, nazirliyin “112” qaynar xətti ilə əlaqə, fövqəladə hallar zamanı və partlayıcı maddələr, o cümlədən şübhəli elementlər aşkar olunduqda insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi mövzusunda müvafiq tövsiyələr verilmişdir.

Tədbirin sonunda məktəblilərə Xidmətin fəaliyyətini əks etdirən fotoslaydlar və xüsusi təyinatlı nəqliyyat vasitələrində komplektləşdirilmiş müasir xilasetmə alət və avadanlıqları nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu