Geri

FHN Aran Regional Mərkəzi Maarifləndirmə tədbiri keçirmişdir

14 mart 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Göyçay rayon mərkəzi xəstəxanasının akt zalında “Əhalinin fövqəladə hallarda davranış qaydaları” və “Yanğın təhlükəsizliyinin təşkili” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, Aran Regional Mərkəzinin fəaliyyəti, həmçinin, “Göyçay rayonunda Mülki Müdafiənin təşkili, mövcud problemlər”, “Yanğın təhlükəsizliyi ilə bağlı müəssisələrdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi” və “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar olmuşdur.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunmuşdur.

Tədbirdə rayonun səhiyyə işçiləri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu