Geri

FHN Qarabağ Regional Mərkəzi Qarabağ Regional DYNİ-nin Ağcabədi rayon DYMH-nin,Ağcabədi rayon MMQ-nın, Ağcabədi rayon Təhsil Şöbəsinin, Ağcabədi RMX-nın əməkdaşları ilə birgə Ağcabədi şəhər M. Aranlı adına 11 saylı tam orta məktəbdə “Fövqəladə hallar zamanı necə davranmalı” mövzusunda nəzəri-praktik tədbir keçirmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd əhalinin bu sahədə olan biliklərinin möhkəmləndirilməsi, baş verə biləcək fövqəladə hallarda düzgün davranma qaydalarını dərindən mənimsəməsi olmuşdur. Nəzəri hissədə Mərkəz əməkdaşlarının mövzuya uyğun məruzə və çıxışları dinlənilmiş, praktiki hissədə isə şərti yaralıların yuxarı mərtəbələrdən təxliyəsi, müxtəlif növ xilasetmə alət və  avadanlıqları, mövzuya uyğun plakatlar nümayiş etdirilmişdir.   

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu