Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 12 mart 2012-ci il tarixində Yardımlı rayonunun A.B.Nəcəfov adına Arus və Yolacaq kənd tam orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbirləri keçirmişdir.

Tədbirlərin keçirilməsində əsas məqsəd əhalini təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini artırmaq, xüsusilə də məişətdə qaz cihazlarından istifadə edərkən yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinin aşılanması olmuşdur.

Tədbirlərdə “Təbii mənşəli fövqəladə halların növləri, yaranma səbəbləri, fəsadları və onlardan qorunmaq tədbirləri”, “Tələbə və məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi haqqında anlayış”, “Yanğın və onun baş vermə amilləri”, “Hansı halllarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar olmuşdur.

Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəzin əməkdaşları tərəfindən təhsil müəssisələrinin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilmiş və yanğın hadisəsinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları barədə təhsil müəssisələrinin rəhbərliyinə ətraflı məlumat verilmişdir.

Tədbirlərdə Mərkəzin fəaliyyəti ilə bağlı fotoslayd, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına əyani şəkildə göstərilmiş və şagirdləri maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırılmışdır.

Tədbirlərdə Yardımlı rayon təhsil şöbəsinin nümayəndələri, müəllim və şagirdlər iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu