Tədbirdə FHN nümayəndələri tərəfindən “Regional Mərkəz ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı birgə və səmərəli fəaliyyətin təşkili”, “Kənd yaşayış məntəqələrində texnogen qəzalar və onların xəbərdar edilməsi. Yeni il şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə insan həyatı və sağlamlığı üçün təhlükəlidir” və “2011-ci il və 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində baş vermiş texnogen xarakterli fövqəladə halların statistikası” mövzularında ətraflı məlumatlar verilmişdir.
Tədbirdə, həmçinin, yaşayış məntəqələrində baş verən fövqəladə hadisələrin səbəbləri, onların qarşısının alınmasında birgə əməkdaşlığın vacibliyi qeyd olunmuş, həmin hadisələr zamanı insan itkiləri və dəymiş maddi ziyan diqqətə çatdırılmışdır.
Tədbirdə yerli icra hakimiyyətinin məsul işçiləri, müvafiq rayon təşkilatlarının, hüquq-mühafizə və ərazi icra orqanlarının nümayəndələri iştirak etmişlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Hündürlükdən xilasetmə işlərinin aparılması” mövzusunda praktiki gecə təlimi keçirilib. ...
Ardını oxu