Geri

FHN Şimal-qərb Regional Mərkəzi növbəti maarifləndirmə tədbir keçirmişdir

26 dekabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Kərimli kənd orta məktəbində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasında təbliğatın rolu, qış mövsümündə məişətdə istifadə olunan qızdırıcı cihazlarla davranış, yanğın təhlükəsizliyi, ümumi təhlükəsizlik qaydaları, xilasetmə əməliyyatlarının həyata keçirilməsi, təhsil müəssisələrindəki emalatxanalarda, qazanxanalarda, elektrik enerjisi sahəsindəki təhlükəsizlik tədbirləri və “112” zəng mərkəzi barədə ətraflı məlumatlar verilmiş, həmçinin, tədbir iştirakçıları ilə qarşılıqlı müzakirələr aparılmışdır.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun struktur bölmələri haqqında sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu