Geri

FHN Sumqayıt Regional Mərkəzi nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir

 26 dekabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 13 saylı orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”, “Dəm qazından zəhərlənmə halları”, “Elektrik cərəyanı haqqında anlayış. İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi” və “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” mövzularında ətraflı məlumatlar verilmiş, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında sənədli film nümayiş etdirilmişdir.

Tədbirin sonunda məktəbin həyətində Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən şərti xilasetmə əməliyyatları nümayiş etdirilmiş, Mərkəzin qüvvə və texnikalarına əyani baxış keçirilmiş və şagirdləri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılmışdır.

Tədbirdə şəhər Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

 

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu