Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 dekabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam Rayon İcra Hakimiyyətində “Kənd yaşayış məntəqələrində texnogen qəzalar və onların xəbərdar edilməsi. Yeni il şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə insan həyatı və sağlamlığı üçün təhlükəlidir” mövzusunda rayon əhalisi üçün maarifləndirimə tədbiri keçirmişdir.

Tədbirdə FHN nümayəndələri tərəfindən “Regional Mərkəz ərazisində baş verəbiləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı birgə və səmərəli fəaliyyətin təşkili”, “Kənd yaşayış məntəqələrində texnogen qəzalar və onların xəbərdar edilməsi. Yeni il şənlikləri zamanı pirotexniki vasitələrdən istifadə insan həyatı və sağlamlığı üçün təhlükəlidir” və “2011-ci il və 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində baş vermiş texnogen xarakterli fövqəladə halların statistikası” mövzularında ətraflı məlumatlar verilmişdir.

Tədbirdə, həmçinin, yaşayış məntəqələrində baş verən fövqəladə hadisələrin səbəbləri, onların qarşısının alınmasında birgə əməkdaşlığın vacibliyi qeyd olunmuş, həmin hadisələr zamanı insan itkiləri və dəymiş maddi ziyan diqqətə çatdırılmışdır. 

Tədbirdə yerli icra hakimiyyətinin məsul işçiləri, müvafiq rayon təşkilatlarının və ərazi icra orqanlarının nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu