Geri

“Azərbaycan Respublikasının Xəzər dənizi ərazisində neft dağılmalarının xəbərdarlığı və ləğvi üzrə Milli Plan”ın son layihəsinin təqdimat mərasimi keçirilmişdir

ATƏT-in Bakı Ofisinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 18 dekabr 2012-ci il tarixində “Grand Hotel Europe” mehmanxanasında “Azərbaycan Respublikasının Xəzər dənizi ərazisində neft dağılmalarının xəbərdarlığı və ləğvi üzrə Milli Plan”ın son layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Konfransı ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay çıxış sözü ilə açaraq Milli Planın hazırlanmasının Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar olduğunu və əhəmiyyətini qeyd etmişdir.

Konfransda çıxış edən Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun inkişafı Baş idarəsinin rəisi Tariel Hüseynov respublika ərazisində neft-qaz əməliyyatları və neft daşımaları ilə məşğul olan şirkətlərin obyektlərində baş verən qəzaların nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərinin kompleks idarə olunması üçün hazırlanmış Milli Planın bu işə böyük töhfə verəcəyini vurğulamışdır.

Konfransda Fövqəladə Hallar Nazirliyinin “Azərbaycan Respublikasının Xəzər dənizi ərazisində neft dağılmalarının xəbərdarlığı və ləğvi üzrə Milli Plan”ın layihə variantının və ATƏT tərəfindən dəvət olunmuş beynəlxalq məsləhətçi Con Ostergaardın “Digər ölkələrdəki neft dağılmalarına qarşı Milli Hazırlıq Planları” mövzusunda təqdimatları dinlənilmiş və iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu