Geri

FHN Sumqayıt Regional Mərkəzi Xızı rayonunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən 28 noyabr 2012-ci il tarixində Xızı rayon Yeni Yaşma kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Xızı rayon Təhsil şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən rayonun təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmsı məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə regional mərkəzin və FHN-in yerli qurumlarının nümayəndələri, Xızı rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazından zəhərlənmə halları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”, “Elektrik cərəyanı haqqında anlayış. İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi” mövzularında çıxışlar etmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzi və Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və texnikaları nümayiş etdirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.   

 

 

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu